Nizamidə obyekt sahibi ağacları kəsdi

Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsində, qeyri-yaşayış obyektinin qarşısında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və iki göyrüş ağacının kəsildiyi faktı təsdiqini tapıb.  

Bu barədə Xidmətdən məlumat verilib. Xidmət rəsmisi Rəvan Teymurov bildirib ki, araşdırma zamanı ağacların sözügedən qeyri-yaşayış obyektinin sahibi Fazil Ələkbərov tərəfindən kəsildiyi müəyyən edilib.

Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi məqsədilə toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.