“Müharibədən sonra Putinə qarşı sui-qəsd cəhdi olub”

“Rusiya Ukraynaya qarşı hücuma başladıqdan sonra Vladimir Putinə qarşı sui-qəsd cəhdi olub”.

Bu barədə məlumatı Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov “Ukrainskaya pravda” nəşrinə müsahibəsində açıqlayıb.

“Hətta bir müddət əvvəl Putinə qarşı Qafqaz nümayəndələri xətti ilə sui-qəsd cəhdi olub. Bu, ictimai məlumat deyil. Sözügedən cəhd tamamilə uğursuz olsa da, bu, real olaraq baş verib. Hadisə təxminən 2 ay əvvəl olub”, - deyə Budanov söyləyib.