Müharibədə həlak olan ukraynalı hərbçilərin sayı açıqlandı

Rusiya-Ukrayna müharibəsi başlayandan bəri təxminən 9 min ukraynalı hərbçi həlak olub. 

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı məlumat verib.

“Bu müharibədə nəinki əlinə silah götürənlər, hətta bizim balaca övladlarımız da iştirak edir ki, onların heç bir günahı yoxdur, günahları  yalnız burada və məhz bu dövrdə doğulmalarıdır.

Onlar həqiqətən nə baş verdiyini başa düşmürlər, amma mütləq Soledar, Baxmut, Velikaya Novoselka yaxınlığında qorunmağa ehtiyacları var. Çünki ataları cəbhəyə gedib və bəlkə də ölən 9 minə yaxın qəhrəmandan biridir”- o qeyd edib.