Məhşurlar və siyasi liderlər Ukraynaya bu vaqonlarda gəlir - FOTO

Hava limanlarının işləmədiyi, təyyarələrin uçmadığı, avtomobillə Ukraynaya çox vaxt apardığı və ya mümkün olmadığı bir vaxtda dəmir yolu demək olar ki, yeganə xilasedici arteriyaya çevrilib.

Bizimxeber.az "Unian"a istinadən bildirir ki, vacib missiya üçün Ukraynaya gələn qonaqlara salon vaqonlar ayrılır. Bu vaqonlar 5 ulduzlu otellər kimidir.

Vaqonlarda işçilər üçün servis kupesi, mətbəx də var. VIP-lərin qorunması üçün ayrıca bölmə fəaliyyət göstərir. Həmçinin geniş iclas zalı, hörmətli qonaq üçün yataq otağı və tualetli duş var.

Qeyd edək ki, bu ilin aprelin 9-da Böyük Britaniyanın baş naziri Kiyevə səfər edib və orada Vladimir Zelenski ilə görüşüb. Məlum olduğu kimi, Conson Kiyevə Polşadan qatarla gəlib.

İyunun 16-da Almaniya kansleri Olaf Şolz, Fransa prezidenti Emmanuel Makron və İtaliyanın baş naziri Mario Draqi bu qatarla Kiyevə gəliblər.