Mayk Pensin də evindən məxfi sənədlər çıxdı

ABŞ-ın keçmiş vitse-prezidenti Mayk Pensin İndiana ştatındakı evindən məxfi kimi qeyd olunan on sənəd tapılıb. Bizimxeber.az bildirir ki, vəkil sənədləri FTB-yə təhvil verib.

Bizimxeber.az, "CNN"ə istinadən bildirir ki, FTB və Ədliyyə Departamentinin Daxili Təhlükəsizlik Departamenti Pensin evindən tapılan məxfi sənədlərin təhqiqatına başlayıb.

Əvvəllər Pens dəfələrlə şəxsi istifadəsində heç bir məxfi sənədlərin olmadığını bildirib. Onun saxladığı materialların hansı məxfilik sinfinə aid olduğu və məzmununun nə olduğu hələlik bəlli deyil.

Mənbələr bildirib ki, Pens ehtiyat tədbiri olaraq vəkilindən evində axtarış aparmasını istəyib.