Latviya sərxoş sürücülərin avtomobillərini Ukraynaya bağışlayır

Latviya höküməti sərxoş sürücülərdən müsadirə edilən avtomobilləri Ukraynaya göndərir.

Bizimxeber.az bildirir ki, yüzlərlə avtoparklarda yer dolduğu üçün artıq daşınma prossesinə başlanıb. 

1,9 milyon əhalisi olan Latviyada iki ay ərzində qanında 0,15%-dən çox spirt olan sürücülərdən 200 avtomobil götürülüb.