KTMT-nin saytı dağıdıldı

KTMT-nin saytı sındırılıb və DDOS hücuma məruz qalıb.

Bu barədə qurumun yaydığı məlumatda bildirilib.

“Sentyabrın 13-ü saat 23:00-da KTMT-nin rəsmi saytı DDOS hücuma məruz qalıb. Hücum nəticəsində saytın fəaliyyəti pozulub, bəzi məlumatlara icazəsiz dəyişiklik etmək cəhdləri qeydə alınıb, 14 sentyabr 2022-ci il saat 07:00-dək giriş mümkün olmayıb.

Hazırda sayt qismən bərpa olunub, icazəsiz müdaxilələrin lokallaşdırılması və zədələnmiş və ya itirilmiş məlumatların bərpası üçün tədbirlər görülür”, - məlumatda qeyd olunub.