Kiyev danışıqların ilkin şərtlərini açıqladı - Podolyak

Ukrayna onun ilkin şərtləri ilə danışıqlara razılaşan ölkəni tərəfdaşı hesab edəcək. Belə ki, İtaliyanın “ Corriere della Sera ” qəzetinə müsahibəsində Ukrayna prezidenti Vladimir Zelenskinin müşaviri Mixail Podolyak deyib.

Onun fikrincə, bu vəziyyətdə onları qəbul edən şəxs deyil, ilkin şərtlər önəmlidir. 

Podolyak onu da qeyd edib ki, Vaşinqton Kiyevə heç bir təzyiq göstərmir. "Amerikalılar bizim müttəfiqlərimizdir və bizi hər şeydə dəstəkləyirlər" dedi və əlavə etdi ki, Ukraynaya dəstək təşəbbüsü həm demokratlar, həm də respublikaçılardan gəlir.

Qeyd edək ki, noyabrın 9 -da Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün ortaya çıxan reallıqları nəzərə alaraq Rusiya Federasiyasının Ukrayna ilə danışıqlara hazır olduğunu açıqlayıb. Diplomatın sözlərinə görə, Moskva heç vaxt Kiyevlə danışıqlar ideyasından əl çəkməyib, eyni zamanda "hazırda inkişaf etməkdə olan" vəziyyəti nəzərə almağa çağırıb.

Sentyabrda Zelenski rəsmi olaraq Moskva ilə danışıqlardan imtina etdiyini açıqlamışdı.