İstanbuldakı nəhəng xəstəxana çürük çıxdı - Bağlandı

İstanbul Haseki Kardiologiya İnstitutu Xəstəxanası binasının təhlükəsiz olmadığı müəyyən edilib.

Bizimxeber.az bildirir ki, bu səbəbdən xəstələrin qəbulunu dayandırıb.

Komissiyanın Hasekidəki Kardiologiya İnstitutu binaları ilə bağlı apardığı araşdırma nəticəsində Kampus binalarının təhlükəsiz olmadığı müəyyən edilib.

Kardiologiya İnstitutu Xəstəxanası ambulator və stasionar xəstələr üçün yeni yer ayrılana qədər qəbulu dayandırıb. Həmçinin (Haseki) Kardiologiya İnstitutu Xəstəxanasının köçürülməsi üçün ilkin hazırlıq işlərinin görülməsi qərara alınıb.