İstanbulda 9 ballıq zəlzələ olacaq - 2 dəqiqə davam edəcək - Celal Şengör

Geologiya üzrə mütəxəssis Celal Şengör İstanbul üçün yeni zəlzələ xəbərdarlığı edib.

Bizimxeber.az Türkiyə KİV-lərinə istinadən bildirir ki, o, bəzi rayonlarda zəlzələnin şiddətini 9-dan yuxarı olacağını deyib: "Mərmərədə ən az 7 ballıq zəlzələ gözlənilir. Yeşilköy və Tuzlada isə 9 ballıq zəlzələ ola bilər.

O, əsas diqqəti İstanbula yönəldərək İstanbul zəlzələsinin 2 dəqiqə davam edəcəyini açıqlayıb: "Beykoz, Anadolu Hisarı və Bebek möhkəm yerlərdir, lakin Beşiktaşa zəmanət verə bilmərəm. İstanbuldakı çimərliklərdən uzaq durmağı tövsiyə edirəm".