İsrailin bu ölkələrdəki səfirlikləri fəaliyyətlərini dayandırdı

İsrailin bir neçə ölkədəki diplomatik nümayəndəlikləri tətil elan edib. 

İsrailin Gürcüstan, Fransa, Belçika, Cənubi Afrika Respublikası (CAR), Estoniya və Finlandiyadakı səfirlikləri bu gün ərzində işləməyəcək.  
Səfirliklər yalnız fövqəladə xidmətlər göstərəcəklər.

Qeyd edək ki, İsrailin Histadrut həmkarlar ittifaqının elan etdiyi ümumi tətillə əlaqədar bu gündən növbəti xəbərdarlığa qədər bir çox ölkələrdəki səfirliklər fəaliyyətini dayandırıb.