III Çarlz sentyabrın 10-da Böyük Britaniyanın kralı elan ediləcək

Çarlz III sentyabrın 10-da Böyük Britaniyanın kralı elan ediləcək.

"Sabah Çarlz rəsmi olaraq yeni suveren elan ediləcək", - Bizimxeber xəbər verir ki, bu barədə The Times -ın bəyanatında deyilir. Kral və Kraliça Consort Kamillanın Balmoral qalasından Londona qayıdacaqları dəqiqləşib.

Qeyd edək ki, Kraliça II Yelizaveta sentyabrın 8-də 96 yaşında  vəfat edib. Britaniyada on gün davam edəcək milli matəm dövrü başlayıb.