İçra başçısının bacısı oğlu niyə həbs olunmadı? -

Abşeron rayon icra başçısı İradə Gülməmmədovanın bacısı oğlu Babək Zalıyevin şərti azadlığa buraxılmasından sonra üzərindən məhkumluğun götürülməsi üçün hazırlıq gedir.

Bizimxeber.az bildirir ki, icra başçısı bacısı oğluna verilən şərti cəzanın da ləğvi üçün çalışır.

Əslində qanunvericiliyə görə təqsirləndirilən şəxsə 6 il şərti cəza verilməsi anlayışı yoxdur, o, bu cəzanın azı bir neçə ilini həbsdə keçirməlidir. Amma məhkəmə icra başçısının qohumuna xüsusi imtiyaz tətbiq edib.

Onunla birlikdə tutulan baş memar Akif Əliyev 10 il, 6 ay, digərləri isə bir neçə il həbs cəzası alıblar. Rüşvət almaq ittihamı ilə tutulanlardan yalnız Abşeron İH rəhbərinin qohumu ev dustaqlığına buraxılıb.

Halbuki B. Zalıyev ev tikintisi üçün vətəndaşlardan rüşvət yığan məmurlardan biri kimi adı keçib və həbs olunub. İddialara görə, indi bacı oğlu başçı xalası və özü haqda yayılan xəbərlərlə əlaqədar hərəkətə keçib, çevrəsində olanlara tədbir görəcəyini bildirir, hədə-qorxu gəlir./Tia.az/