helikopterin qəzası zamanı 19 nəfər ölüb - FOTOLAR

Bu gün Ukraynanın Brovarı şəhərində helikopterin qəzaya uğraması nəticəsində ölənlərin sayı artır.

Bizimxeber.az xarici KİV-lərə istinadən bildirir ki, 18 nəfər həlak olub, 15-i uşaq olmaqla 29 nəfər yaralanıb: "İndiyədək 18 nəfər ölüb. Hazırda faciə qurbanlarının dəqiq sayı müəyyənləşdirilir... 29 nəfər yaralanıb, o cümlədən on uşaq”, – Zelenski Telegram kanalında yazıb.

Qeyd edək ki, hadisə zamanı helikopterdə olan ölkənin daxili işlər naziri Denis Monastırski, onun müavini Yevgeni Yenin və Daxili İşlər Nazirliyinin dövlət katibi Yuri Lubkoviç həlak olub.