Fransanın xarici işlər naziri Katrin Kolonna Kiyevə səfər edib. Bu barədə məlumatı fransalı nazir öz rəsmi tviter hesabında yazıb.
“Kiyevə geri dönməyə görə şadam”, - deyə Kolonna qeyd edib.
O, həmçinin hesabında Fransanın Kiyevdəki səfiri Etyen de Ponsen ilə birgə fotosunu da paylaşıb. Bununla belə, Fransanın XİN rəhbəri Kiyevə səfərinin məqsədini açıqlamayıb.