Fransanın müdafiə nazirindən Azərbaycana çağırış - əvvəlki mövqelərə qayıdın

Fransanın müdafiə naziri Azərbaycan Silahlı Qüvvələrini əvvəlki mövqelərinə qayıtmağa çağırıb.

Bizimxeber.az xəbər verir ki, bu barədə Fransanın müdafiə naziri Sebastyan Lekornu erməni həmkarı Suren Papikyanla görüşdən sonra Twitter mikrobloqunda yazıb.

"Mən erməni həmkarım Suren Papikyanla Azərbaycanla sərhəddəki vəziyyəti müzakirə etdim: döyüşlər dayandırılmalı, Azərbaycan qüvvələri ilkin mövqelərinə qayıtmalıdır. Vəziyyəti qiymətləndirmək üçün Fransa nümayəndə heyəti Ermənistana göndəriləcək", - deyə Lekornu yazıb. 

 

https://twitter.com/SebLecornu/status/1574851706533416961?s=20&t=xmNHP_NgXfh071aXfoVL8A