Ermənistanda hava limanına giriş bloklandı - Bomba həyəcanı

Ermənistanın Şirak hava limanının və Gümrü dəmiryol stansiyasının minalanması barədə siqnal Ermənistan Fövqəladə Hallar Nazirliyinə daxil olub. 

Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Hayk Kostanyan deyib ki, bu gün və sabah hava limanında gediş-gəliş dayandırılıb. 
Hər iki məntəqədə insanlar təxliyə edilib.

Araşdırmalar davam edir.