“Əməkdaşlarımız məni eşidib Aslan İsmayılovu məhkəməyə vermədilər"

“Aslan İsmayılov sosial şəbəkədə əsassız şəkildə AFFA-nı ittiham etmişdi. Bu ittihamlar qeyri-peşəkarlıqdır, susmaq doğru deyildi. O, tanınmış adamdır və mediada aktivdir”. 

Bu sözləri AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov deyib.

O, vəkil Aslan İsmayılovla AFFA arasında olan məhkəmə prosesindən danışıb: “Onun paylaşımından sonra iclas keçirdik və bizim əməkdaşlarımız ayrı-ayrı onu məhkəməyə vermək istəyirdi. Dedim ki, lazım deyil və federasiya olaraq onu məhkəmə verdik.

Prosesi udduq və daha nəsə demək istəmirəm. 3 ay ərzində məhkəmə oldu və hakimlər məsələyə peşəkar yanaşdı. Axırda düzgün və ədalətli qərar qəbul edildi. AFFA əməkdaşları sağ olsunlar ki, məni eşidib kütləvi şəkildə onu məhkəməyə vermədilər. Azərbaycanlıyıq, bir insanı çox sayda adamın məhkəməyə verməsi doğru deyil”.