Daha bir haqsızlıq: 1993-cü ildə kəlbəcərlilərə 10 saat vaxt veriləndə BMT harda idi? - VİDEO

Məlumdur ki, Birinci Qarabağ müharibəsi dövründə, daha doğrusu 1993-cü ilin aprel ayında terrorçu Monte Melkonyanın rəhbərlik etdiyi separatçılar və quldurlar Azərbaycanın Kəlbəcər rayonunda mülki əhaliyə evlərini tərk etmələri üçün 10 saat vaxt vermişdilər. 

Bununla bağlı görüntülər indiyədək Youtube kanalında yer alıb. Bəs görəsən, niyə BMT, fransalı deputatlar, amerikalı senatorlar operativ şəkildə reaksiya verməyiblər.

Bizim.Media xəbər verir ki, dekabrın 12-də etiraza qalxan azərbaycanlı fəalların isə aksiyasına min don geyindirərək Azərbaycana qarşı qətnamə qəbul edirlər.

Xatırladaq ki, rəsmi Bakı ermənilərin Kəlbəcərdən köçməsinə əlavə olaraq 10 gün vaxt vermişdi.

Yeri gəlmişkən, İran xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən Melkonyan əsasən 1992-ci ilin yazında Xocavənddə azərbaycanlı kəndlərinin “təmizlənməsi” ilə məşğul olub və 1993-cü ilin iyununda Azərbaycanın Ağdam rayonunun Mərzili kəndində Azərbaycan hərbçiləri tərəfindən məhv edilib.

Deməli, gün kimi aydındır ki, 1992-ci ildə İranın vasitəçilik raundunda Şuşanı itirdik.

Buna görə də, İkinci Qarabağ Müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrinin xüsusi təyinatlıları Araz çayı boyunca Xudafərin körpüsünə doğru irəliləyəndə İran ordusunun bölmələri ilə rastlaşmışdılar. Bu isə ondan xəbər verir ki,  İran tərəfi müharibə zamanı Azərbaycan ordusunun hərəkətləri ilə bağlı ermənilərə kəşfiyyat məlumatları ötürüblər.