"Çin ordusu heç vaxt ABŞ ordusundan güclü olmayacaq" - General Milley

"ABŞ ordusu "Yer üzündəki ən ölümcül döyüş maşınıdır". Çin heç vaxt bu səviyyəyə çata bilməyəcək".

Bizimxeber.az xarici KİV-lərə istinadən bildirir ki, bunu ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Mark Milley Pentaqonun rəhbəri Lloyd Ostinlə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Çin ABŞ üçün əsas təhlükədir, çünki onun “ciddi çağırış”a çevrilmək potensialı var.

"Orada - onların əhalisinə, texnologiyalarına, iqtisadiyyatlarına, nanotexnologiyalarına və bir çox başqa şeylərə əsaslanaraq, Çin ABŞ üçün ən böyük geosiyasi problemdir" deyə bildirib.

O qeyd edib ki, Çin 21-ci əsrin ortalarına qədər bir nömrəli ölkə olmaq məqsədini gizlətmir: "Bu gün ABŞ ordusu, hər hansı bir tənqiddən asılı olmayaraq, şübhəsiz ki, yer üzündəki ən ölümcül döyüş maşınıdır. Çin ABŞ silahlı qüvvələrindən yaxşı olmayacaq, çalışacaqlar, amma bacarmayacaqlar. Biz 5 ildən sonra, 10 ildən sonra və 50 ildən sonra bir nömrə olacağıq. Çinin birinci yeri tutmasına imkan verməyəcəyik".

Mark Milley çox ciddi nüansa toxunaraq deyib ki, ABŞ bir nömrə olaraq qaldığı müddətdə ABŞ və ÇXR arasında müharibə mümkün deyil: "Nə qədər ki, bizim hərbi potensialımız var, ondan istifadə etmək iradəmiz var, düşmən bunu bilir. Onda siz bu müharibənin qarşısını alacağıq, amma əsas odur ki, hərbi potensiala malik olaq və biz bir nömrə olaraq qalaq".