"Təmir edilmiş turbini bizə qaytarsalar, Rusiya “Şimal axını”nın işini sabah bərpa edə bilər."
Bizimxeber.az bildirir ki, bunu Rusiya prezidenti Vladimir Putin bildirib.
Xatırladaq ki, avqustun 31-də aqreqatda planlaşdırılmış işlərin başlanması ilə əlaqədar olaraq qaz kəməri ilə Avropaya qazın nəqli dayandırılıb.
"SP-1"in sentyabrın 2-də işləyəcəyi güman edilirdi. Lakin həmin gün “Qazprom” qaz kəmərinin qeyri-müəyyən müddətə tamamilə bağlandığını bildirib. Kanadanın daha əvvəl Almaniyaya təhvil verdiyi təmir edilmiş turbin hələ də Rusiya tərəfi tərəfindən alınmayıb. “Qazprom” israr edir ki, hazırkı anti-Rusiya sanksiyaları “Şimal axını” vasitəsilə avropalı istehlakçıları qazla təmin edən Portovaya kompressor stansiyası üçün “Siemens” qaz turbinli mühərriklərinin daşınması və təmiri ilə bağlı vəziyyətin uğurlu həllinə mane olur.
"Bizə bir turbin verin, biz sabah "Şimal axını 1"i işə salacağıq. Bizə heç nə vermirlər. Deyirlər ondan silah kimi istifadə edirlər. Hansı silahdır?", - deyə Vladimir Putin öz növbəsində vurğulayıb.