Bir ay öncə Rəisi ilə bağlı elə xəbər yayılıbmış ki... - Şok

Helikopter qəzasında həlak olan İran prezidenti İbrahim Rəisinin ölümü ilə bağlı müəmmalı məqamlar yayılıb. 

Bizimxeber.az Publika.az-a istinadən bildirir ki, bir ay öncə Almaniyanın “DW” kanalı proqramlarının birində Rəisini ölmüş şəxs kimi təqdim edib.

Satirik motiv üzərində qurulan proqramda İran prezidentinin öldükdən sonra cənnətə düşdüyü və orada digərləri ilə danışdığı göstərilir.

Veriliş yayımlandıqdan təxminən bir ay sonra Rəisinin helikopter qəzasında həlak olması müzakirələrə səbəb olub.