Bələdiyyələrin siyahısına dəyişiklik edildi

Gəncə şəhərinin Kəpəz və Nizami rayonlarının ləğv edilməsi ilə bağlı bələdiyyələrin siyahısında dəyişiklik edilir.

Bu parlamentdə müzakirəyə çıxarılan “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa Əlavə - “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsində yer alıb.

Qeyd edək ki, 4 mart 2022-cil tarixli 492-VIQ nömrəli qanuna əsasən, Gəncə şəhərinin tərkibindəki Kəpəz və Nizami rayonları ləğv edilərək Gəncə şəhərini tərkibinə birləşdirilib. Ləğv edilmiş Nizami rayonunun tərkibindəki 1 və 2 nömrəli sahə inzibati ərazi dairələri müvafiq olaraq Gəncə şəhəri tərkibində 1 və 2 nömrəli sahə inzibati ərazi dairələri və Kəpəz rayonunun tərkibindəki 1 və 2 nömrəli sahə inzibati ərazi dairələri müvafiq olaraq Gəncə şəhəri tərkibində 3 və 4 nömrəli sahə inzibati ərazi dairələri hesab edilib.

Qanun layihəsi Milli Məclisdə müzakirələrdən sonra qəbul olunub.