Baydenin mühafizəçisi İsraildə dalaşdı, ölkədən qovuldu

Co Baydenin səfərindən əvvəl hazırlıq məqsədi ilə Qüdsə gələn ABŞ Məxfi Xidmətinin əməkdaşlarından biri yerli xanımlardan biri ilə dava edib.

Bu barədə CNN məlumat yayıb.

Bildirilib ki, 11 iyulda ABŞ Məxfi Xidməti İsraildə işləyən əməkdaşının əməli ilə bağlı məlumatlandırılıb: “Məlumata görə, geri göndərilən şəxs ABŞ Məxfi Xidmətinin hücum qupunun əməkdaşı olub. O, Qüdsdəki barlardan birində israilli xanımla dava edib”.

Qeyd edək ki, Baydenin Yaxın Şərqə səfəri bu gün başlayır və 16 iyula qədər davam edəcək. O, İsrail, Fələstin və Səudiyyə Ərəbistanında olacaq.