Bayden: “ABŞ Rusiyanın Avropanı qazla şantaj etməsinə yol verməyəcək”

ABŞ Prezidenti Co Bayden Rusiyanın qazla bağlı hədələrinə münasibət bildirib.

C.Bayden qeyd edib ki, qaz tədarükünün dayandırılması ilə bağlı hədələr Rusiya Federasiyasının sanksiyalardan yayınmasına kömək etməyəcək.

“Dünən Rusiya iki müttəfiqimizi (Polşa və Bolqarıstanı - red.) enerji təchizatının dayandırılması ilə hədələdi. Açıq deyim ki, biz Rusiyanın sanksiyalardan yayınmaq üçün hədə-qorxu və ya şantaj yoluna getməsinə imkan verməyəcəyik. Biz onun hücumun nəticələrindən qaçmaq üçün neft amilindən istifadə etməsinə imkan verməyəcəyik”, - deyə C.Bayden “Twitter” hesabında yazıb.

C.Bayden əlavə edib ki, ABŞ Rusiya tərəfindən qaz amili ilə təhdid edilən Avropa müttəfiqlərinə kömək etmək üçün digər ölkələrlə, xüsusən də Cənubi Koreya, Yaponiya və Qətərlə işləyir.