Azərbaycan millisi Ukrayna yığmasına məğlub oldu

Avropa çempionatının final mərhələsinə hazırlıq məqsədilə Bakıda təlim-məşq toplanışında olan futzal üzrə Azərbaycan milli komandası növbəti yoxlama oyununu keçirib.

Bizimxeber.az xəbər verir ki, FHN-in İdman-Sağlamlıq Mərkəzində Ukrayna komandası ilə baş tutan ikinci oyun 5:1 hesabı ilə rəqibin xeyrinə başa çatıb.

Komandamızın heyətində Everton Kardoso fərqlənib.

İlk oyunda da Ukrayna millisi qələbə qazanıb - 4:0.