Avropa İttifaqından ilk dəfə - Ukraynaya böyük həcmdə silah göndərir

"Avropa Birliyi Ukraynaya Rusiya ordusunu dəf etmək üçün silahların alınması və çatdırılmasını maliyyələşdirəcək. Bu, Aİ üçün ilk belə hal olacaq".

Bizimxeber.az bildirir ki, bunu Avropa Komissiyasının sədri Ursula fon der Leyen brifinqdə deyib.

"Aİ ilk dəfə olaraq hücuma məruz qalan ölkəyə silah və texnikanın alınmasını və təchizatını maliyyələşdirəcək. Biz həmçinin Kremlə qarşı sanksiyaları gücləndiririk", - o deyib: "Mən bütün ölkələri Ukraynanı daha çox silah, sursat, texnika və yanacaqla təmin etməyə çağırıram".

Avropa İttifaqının baş diplomatı Josep Borrell isə bildirib ki, ehtiyacların ödənilməsinə kömək etmək üçün Ukrayna tərəfi ilə xüsusi koordinasiya mexanizmi yaradılacaq.

"Bu, Aİ tarixində ilk dəfə üçüncü ölkəyə öldürücü silahlar təqdim edəcək və mən həmçinin Aİ komandasına və hərbi heyətimə Ukrayna ordusunun sorğularını əlaqələndirmək üçün mexanizm yaratmağı tapşırdım ki, biz üzv dövlətlərlə ən effektiv şəkildə cavab verə bilək. ", - Borrell deyib.