Anar Məmmədlinin evində axtarış aparılır - Vəkil evə buraxılmır

Bu gün saxlamılan Hüquq müdafiəçisi Anar Məmmədlinin evinə polis axtarışa başlayıb.

Bizimxeber.az bildirir ki, bu barədə vəkil Elçin Sadıqov məlumat verib: "Vəkil orderim və vəsiqəmlə birlikdə  Anar Məmmədlinin evinə yaxınlaşsam da hələ ki, polis məni Anar Məmmədli ilə görüşə və axtarış götürmədə iştirakıma icazə vermir".