Anar Məmmədlinin atasının da evində axtarış aparılıb

Bu gün həmçinin Anar Məmmədlinin atasının evində axtarış aparılıb. Anar Məmmədlinin bacısı Şəfa Məmmədli Amerikanın Səsinə deyib ki, qardaşının evində axtarış aparılan vaxt, paralel olaraq atasının evində də axtarış aparılıb.

“Atamın evindən köhnədən qalan sənədlər, guya Anarın köynəyinin cibindən qəbzlər, mənim komputerimi, fleş-kartımı götürüblər.  Axtarışdan sonra Anarın evində də oldum. Onun komputerini, telefonunu aparıblar. Bir də biz hesab edirik ki, pul qoyublar. Anarın evində pulun bağlandığı iplər qalıb”, o qeyd edib.

* * *

Hüquq müdafiəçisi Anar Məmmədlinin mənzilində axtarış başa çatıb. Hüquq müdafiəçisi Anar Məmmədlinin mənzilində axtarış başa çatıb. Axtarışın nəticələri hələlik məlum deyil. Məmmədli vəkilsiz qalıb, çünki onu müdafiə edən Elçin Sadıqovun işə buraxılmasına icazə verilmir.

Polis bunu onunla əsaslandırır ki, Məmmədli “Abzas Media” işi üzrə cəlb edilib, Sadıqov isə bu iş üzrə həbs olunmuş jurnalist Sevinc Vagifqızının müdafiəsində iştirak edir. Polis axtarışın aparıldığı yerə jurnalistləri buraxmayıb.

Daxili İşlər Nazirliyi vəziyyəti şərh etmir. Anar Məmmədlinin nədə ittiham olunduğu indiyədək məlum deyil.