Ağır cinayət törədənlər ölkəmizə ekstradisiya edildi

Azərbaycan Baş Prokurorluğunun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin həyata keçirdiyi tədbirlərlə ağır və xüsusilə ağır cinayətlərdə ittiham olunan 13 nəfər təqsirləndirilən şəxsin ölkə xaricindən ekstradisiyası təmin edilib.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.