“ABŞ və NATO Ukraynaya silah tədarükünü dayandırmalıdır”

Qərb ölkələri ABŞ-la birlikdə vəsaiti Ukraynaya silah və ya muzdlular göndərməyə deyil, ölkə əhalisinə humanitar yardım göstərməyə yönəltməlidir.

Bu barədə Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin öz teleqram kanalında bildirib. 

“Qərb dövlətləri ABŞ-la birlikdə, əgər onlar sülh istəyirlərsə, vəsaiti hərbi təchizata deyil, əhaliyə humanitar yardımın göstərilməsinə yönəltsəydilər, düzgün olardı”, - Volodin qeyd edib.

Onun sözlərinə görə, bu gün BMT qərar verməli və ikili standartları rəhbər tutmamalıdır. “Tez bir zamanda sülh istəyirsənsə, dərhal qərarlar qəbul edin. ABŞ və NATO ölkələri Ukraynaya silah tədarükünü və muzdlu əsgər göndərməyi dayandırmalıdır”, - Dövlət Dumasının spikeri əlavə edib.