ABŞ-dan Rusiyanın belini qıran daha bir sərt qərar - Neftin qiyməti məhdudlaşdırılır

ABŞ Rusiya neftinin qiymətini bir barel üçün 60 dollara qədər məhdudlaşdıra bilər.

"Bizimxeber" Reuters-ə istinadən xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondu və Dünya Bankının görüşü zamanı ABŞ-ın maliyyə naziri Canet Yellen  deyib.

Onun sözlərinə görə, bu, Moskvanın enerji gəlirlərini azaltmaq və gəlirli hasilatı təmin etmək üçün kifayətdir.

Nazir müavini Wally Adeem Nyu-Yorkda keçirilən konfransda bildirib ki, Rusiya Brent neftinin qiymətindən xeyli aşağı qiymətlərlə müqavilələr bağlamağa çalışır ki, bu da qiymət həddi ilə bağlı müzakirələrin müəyyən effekt verdiyinə işarədir.