Zukerberq Trampa qalib gəlməkdə kömək edib? – AÇIQLAMA
Zukerberq Trampa qalib gəlməkdə kömək edib? – AÇIQLAMA
11 Noyabr 2016 / 12:03 / Baxış sayı: 904
Font1 Font2 Font3 Font4
Bizimxeber

ABŞ-dakı prezident seçkilərində əksəriyyət insanın Hillari Klintonun qələbəsini gözləməsinə baxmayaraq, Respublikaçılar partiyasının namizədi Donald Trampın prezident seçilməsi bəzi şayiələrə və iddialara yol açıb.

Bu iddialardan biri də “Facebook”un yaradıcısı Mark Zukerberqin ona dəstək olmasıdır. İddia olunur ki, “Facebook”da Donald Trampın lehinə şüarlar paylaşılıb, bu isə Trampın prezident seçilməsinə kömək edib.

Bununla bağlı Mark Zukerberq “Techonomy” saytına açıqlama verib. O bildirib ki, səsləndirilən bütün fikirlər sadəcə olaraq cəfəngiyyatdır. “Facebook” istifadəçilərinin seçkilərdə aktivlik nümayiş etdirdiyindən xəbərdar olduğunu deyən Zukerberq şirkətinin bununla bağlı məsuliyyət daşımadığını deyib.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə