Ziya Məmmədov Trampla bağlı …
Ziya Məmmədov Trampla bağlı …
19 Noyabr 2016 / 11:59 / Baxış sayı: 1770
Font1 Font2 Font3 Font4
Bizimxeber

Azərbaycanın Nəqliyyat naziri Ziya Məmmədov Donald Trampın prezident seçilməsindən danışıb. Bizimxeber.az nazirin gununsesi.info-ya verdiyi qısa müsahibəni təqdim edir:

– Ziya müəllim, dünya ictimaiyyətinin gözləntilərinin əksinə olaraq, Donald Tramp prezident seçildi. Bu sizin üçün nə deməkdir?
– Amerika xalqı etimad göstərib və o, da prezident olub. Mənim nəsə söyləyəcəyimin nə əhəmiyyəti var axı. Bu amerikalıların seçimidir. Hər bir xalqın seçiminə də hörmətlə yanaşılmalıdır.
– Trampı təbrik etdinizmi? Onunla münasibətləriniz nədən ibarətdir?
– Trampla iş birliyimiz var… İş birliyimiz var deyərkən, oğlumla işbirliyi olub.
– Bu gün münasibətlər qalırmı?
– Onu oğlumdan soruşun. Mən bu barədə heç nə demək istəmirəm. Özündən soruşsanız daha yaxşı olar.
– Mediada belə bir fikir yayılıb ki, Trampın prezidentliyi mövqeləri son zamanlar hakimiyyət daxilində zəifləyən Ziya Məmmədov üçün bir şans oldu. Bəlkə deyəsiniz, Donald Trampın Amerika prezidenti olması Sizin üçün nə vəd edir?
– Bu qədər danışdım, yetər. Sağlıqla qalın..(Telefonun dəstəyini asır)
Bizimxeber.az 


Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə