“Zaqatala”nın futbolçusu niyə ölüb? – AÇIQLANDI
“Zaqatala”nın futbolçusu niyə ölüb? – AÇIQLANDI
16 Avqust 2016 / 16:46 / Baxış sayı: 870
Font1 Font2 Font3 Font4
Bizimxeber

I divizionda çıxış edən “Zaqatala” klubunun prezidenti Musa Qurbanov ötən gün komandanın düşərgəsində baxışda olan nigeriyalı futbolçunun qəfildən dünyasını dəyişməsi ilə bağlı fikirlərini bölüşüb. O, bunları söyləyib: “Məlum olduğu kimi, dünən komandamızın düşərgəsində böyük faciə baş verib.

Ötən mövsüm komandamızın formasını geyinən və cari mövsüm üçün yeni muqavilə imzalamaq niyyəti ilə düşərgəmizə gələn nigeriyalı futbolçu Maykl Nnamdi Umeanyika məşq zamanı qəflətən huşunu itirib, bütün çabalara baxmayaraq özünə gəlməyib, hadisə yerinə gəlmiş təcili yardım Mayklın keçindiyini bildirib. İlkin tibbi ekspertiza futbolçunun ürək tutmasından vəfat etdiyini üzə çıxarıb.

Hadisədən sonra media orqanlarının daha çox ehtimallara əsaslanan və müəyyən mənada həqiqəti olduğu kimi əks etdirməyən xəbərlərin qarşısını almaq məqsədi ilə bildirmək istəyirik ki, Maykl Umeanyika ötən mövsüm komandamızın heyətində çıxış edərkən tam tibbi muayinədən keçirilmiş və həkimlərin rəyinə əsasən onun sağlamlığında heç bir narahatlıq doğuracaq fakt aşkarlanmamışdı. Məhz bu üzdən onun yeni mövsum yenidən “Zaqatala”nın formasını geyinmək istəyi nəzərə alindı və onu düşərgəmizə qəbul etdik.

Maykl Zaqatalaya avqustun 13-də axşam saatlarında gəlmişdi və hadisə baş verən gun ilk məşqinə çıxmışdı. “Zaqatala” PFK Maykl Umeanyikanın vaxtsız vəfati ilə əlaqədar böyük üzüntü içərisində olduğunu bildirir və mərhuma Allahdan rəhmət diləyir”. (Azerisport.az)

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə