Zaqatalada ferma yanıb külə döndü (VİDEO/FOTO)
Zaqatalada ferma yanıb külə döndü (VİDEO/FOTO)
12 Avqust 2016 / 17:48 / Baxış sayı: 716
Font1 Font2 Font3 Font4
Bizimxeber

Zaqatalada ferma yanaraq külə dönüb.

Trend Region TV-yə istinadən xəbər verir ki, heyvanlar son anda xilas edilib.

Rayonun Əliabad qəsəbəsində Sayad Musa oğlu Qocayevə məxsus ferma anidən alışıb. Yanğın nəticəsində bir baş iribuynuzlu heyvan tələf olub, on baş iribuynuzlu heyvan isə müxtəlif yanıq xəsarətləri alıb, tikilinin yanar konstruksiyaları və içəridə olan 10 min ədəd quru ot bağlaması yanaraq yararsız hala düşüb.

Yanğını söndürmək üçün hadisə yerinə üç yanğınsöndürən maşın cəlb olunub, alovun genişlənməsinin qarşısı alınıb, orada olan 26 baş iribuynuzlu heyvan xilas edilib.

Faktla bağlı FHN-nin Zaqatala rayon DYMH-də araşdırma aparılır.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə