Zaqatalada əməliyyat: dini yığıncaq aşkarlandı, 23 nəfər saxlanıldı
Zaqatalada əməliyyat: dini yığıncaq aşkarlandı, 23 nəfər saxlanıldı
28 Noyabr 2016 / 13:12 / Baxış sayı: 702
Font1 Font2 Font3 Font4
Bizimxeber

Zaqatala rayonunda dini yığıncaq aşkarlanıb. Bizimxeber.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Zaqatala RPŞ və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində noyabrın 26-da Zaqatala rayonunun Əliabad qəsəbəsində qəsəbə sakini Həmid Şabanovun həyətində olan tikilidə həmyerlisi Mehman Ağammədovun Qazaxıstan vətəndaşı Təranə Şabanova və Gürcüstan vətəndaşı Ağası Süleymanovla birlikdə qanunla qadağan olunmuş dini təriqətlərdən birini yaymaq məqsədi ilə 23 nəfər qəsəbə sakininin iştirakı ilə qanunsuz dini yığıncaq təşkil etmələri müəyyən edilib. Onlar saxlanılıb, izahatları alınaraq buraxılıblar.

Baxış zamanı oradan 16 ədəd dini təyinatlı ədəbiyyat aşkar edilərək götürülüb, ekspertiza edilməsi üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə göndərilib.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə