Zakir Qaralov vətəndaşları qəbul edəcək
Zakir Qaralov vətəndaşları qəbul edəcək
02 Dekabr 2016 / 10:51 / Baxış sayı: 500
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bizimxeber.az saytına daxil olan məlumata görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Zakir Qaralov cari il dekabrın 9-da saat 10:00-da Yevlax rayon prokurorluğunun inzibati binasında, Mingəçevir şəhəri, Yevlax, Ağdaş, Ucar, Bərdə və Zərdab rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcəkdir.

Qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaqdır.

Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Yevlax şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcəkdir.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə