Zakir Qaralov Şəmkirdə vətəndaşları qəbul edəcək
Zakir Qaralov Şəmkirdə vətəndaşları qəbul edəcək
25 İyul 2016 / 13:29 / Baxış sayı: 560
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bizimxeber.az-a verilən  məlumata görə ,mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Zakir Qaralov cari il iyulun 29-da saat 09:00-da Şəmkir rayon prokurorluğunun inzibati binasında Şəmkir, Tovuz, Ağstafa, Qazax və Gədəbəy rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcəkdir.

Qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaqdır.

Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Şəmkir şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcəkdir.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və ya [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə