Zakir Qaralov “MTN işi”nin istintaqı barədə danışdı
Zakir Qaralov “MTN işi”nin istintaqı barədə danışdı
01 Oktyabr 2016 / 11:13 / Baxış sayı: 818
Font1 Font2 Font3 Font4
Bizimxeber

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları haqqında Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsində bu gün də istintaq davam etdirilir.

Bizimxeber.az-ıln məlumatına görə, bunu baş prokuror Zakir Qaralov deyib.

Z. Qaralov bildirib ki, bütövlükdə istintaq 280 epizod üzrə davam etdirilir: “Həmin cinayət işlərindən biri məhkəməyə göndərilib, digərləri üzrə istintaq davam edir. İstintaqın nəticəsində hansı şəxslər cinayət məsuliyyətinə cəlb olunmalıdırlarsa, onlar da məsuliyyətdən kənarda qalmayacaq”.

Baş prokuror ölkədə kriminogen durumun tam nəzarət altında olduğunu da bildirib.

Z.Qaralov həmçinin prokurorluğun fəaliyyətində nöqsan və problemlərin mövcudluğunu etiraf edib və onların aradan qaldırılması üçün konkret tədbirlər görüldüyünü bildirib.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə