Zakir Həsənov Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb
Zakir Həsənov Türkiyənin Azərbaycandakı  səfiri ilə görüşüb
03 Avqust 2016 / 14:15 / Baxış sayı: 596
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bu gün Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İsmayıl Alper Coşkun ilə görüşüb.

Bu barədə “Report”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında əlaqələrin hazırkı vəziyyəti, əməkdaşlığın inkişaf perspektivləri, regiondakı hərbi-siyasi durum və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə