Yuxudan əzgin qalxmağın müalicəsi olacaq?
Yuxudan əzgin qalxmağın müalicəsi olacaq?
13 Avqust 2016 / 16:01 / Baxış sayı: 978
Font1 Font2 Font3 Font4
Bizimxeber
“The Daily Telegraph” qəzetində dərc olunmuş elmi məqalədə söhbət insanların yuxudan niyə əzgin durmasından gedir.
Alimlər bunu onunla izah edirlər ki, səhərin erkən saatlarında bizim bədənimzidəki “təbii ağrıkəsici” hələ işə başlamamış olur.
Tədqiqatçıların fikrincə, səhərlər ayaqlardakı və qollardakı ağırlıq və ağrı onunla bağlıdır ki, insan orqanizminin bioloji saatı yuxu zamanı antiiltihab proteinlərini buxovlayır.
Məqalədə deyilir ki, yalnız yuxudan oyanıb hərəkətə başladıqca proteinlər işə düşür.
Manchesterdəki İnsan İnkişafı Universitetinin Endokrinologiya və Diabet Mərkəzindən doktor Julie Gibbs deyir ki, insanın bioloji saatının antiiltihab proseslərini necə tənzimlədiyini öyrənməklə yeni müalicə preparatlarının hazırlanması mümkün olacaq.
Bu, həm də dərmanların günün hansı saatlarında qəbul edilməsinin müəyyənləşdirilməsinə kömək edəcək.
Bu nəticələri əldə etmək üçün doktor Gibbs və onun həmkarları siçanların və insanların oynaqlarından götürülmüş nümunələr üzərində təcrübə aparıblar.
Alimlər müəyyən ediblər ki, antiiltihab xüsusiyyətinə malik olan əsas protein kriptoxromdur.
Buna görə də kriptoxrom geni dərmanların təsiri ilə stimulyasiya edildikdə antiiltihab reaksiyası verməyə başlayır.
Bundan başqa Manchester alimləri müəyyənləşdiriblər ki, insan onurğasının diskləri 24 saatlıq rejimdə işləyir. İnsan yaşlandıqca məhz bu bioloji saat zədələnir və ətraflarda səhər ağrıları artır.
Alimlər əldə olunmuş nəticələrin böyük uğur olduğunu vurğulayırlar.
Belə ki, britaniyalıların 80 faizdən çoxu bu və ya digər dərəcədə bel ağrısından əziyyət çəkir.
Araşdırma bunu da təsdiq edib ki, gecələr normal yuxu saatlarına malik olmaq və gündüzlər fəal, sağlam həyat tərzi keçirmək bioloji saatın saz işləmə müddətini uzadır. (BBC)
Bizimxeber.az


Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə