“YouTube” yeni sosial şəbəkəsini təqdim etdi!
“YouTube” yeni sosial şəbəkəsini təqdim etdi!
15 Sentyabr 2016 / 10:14 / Baxış sayı: 584
Font1 Font2 Font3 Font4
Bizimxeber
“YouTube”, “Community” adında videobloggerlər ilə izləyicilər arasındakı əlaqəni artırmağı hədəflədiyi bir sosial şəbəkəni təqdim etdi. Sosial media şəbəkələrinə “Youtube” da qatıldı.
Qaynarinfo.Az technote.az-a istinadən xəbər verir ki, “Community” adındakı sosial şəbəkə, videobloggerlərin məzmunlar və digər mövzularda izləyicilər ilə daha çox əlaqədə olmalarına şərait yaradacaq. Bugündən etibarən beta versiyasında işə başlayan “Community”, “Youtube” tərkibindəki kanalların yanında yer alan bir bölmədə xidmət verəcək. “YouTube”un sosial şəbəkəsi ilk mərhələdə bloggerlər ilə izləyicilər arasında; GIF, canlı video və s. məzmunları paylaşmalarına şərait yaradacaq.
“YouTube” rəsmiləri, sosial şəbəkənin gözləntiləri qarşılaması haqqında tətbiqin tam versiyasında daha geniş bir sosial şəbəkə təcrübəsi vəd edirlər. Mövcud abunə olunan kanallardakı bildiriş sisteminə sahib olacaq tətbiq, mobil cihazlar üzərindən də xidmət verə biləcək. “YouTube”un özünə aid bir sosial şəbəkə meydana gətirəcəyini Avqust ayında sizlərə bildirmişdik. Son bir neçə ayda seçilmiş bloggerlər ilə tətbiqi test edən “YouTube”, bugündən etibarən tətbiqin beta versiyasını istifadəçilərə təqdim etdi.
“YouTube” rəhbərliyindən Kayley Makevoy bir bloq yazısında, meydana gətirilən sosial şəbəkənin bloggerlər ilə izləyicilər arasında dərin işbirliyləri meydana gətirə biləcəyini bildirdi. Test versiyalarında seçilmiş bloggerlərin özlərinə kömək etdiyini bildirən Makevoy, sosial şəbəkənin izləyicilərin bütün gözləntilərini qarşılamaq məqsədi ilə xidmət verəcəyini də sözlərinə əlavə etdi.
“YouTube”, gələcək aylarda izləyici və blogger rəylərinə əsasən “Community”-yə yeni xüsusiyyətlərin də əlavə ediləcəyini ifadə edir.
Sistemin hələki bəzi “YouTube” video bloggerlərində işləyəci isə “Digital Trends”dəki bir xəbərdə yer aldı.
Bizimxeber.az


Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə