Yığmamiz çempionatda 1/8 finala çıxdı
Yığmamiz çempionatda 1/8 finala çıxdı
19 Sentyabr 2016 / 10:26 / Baxış sayı: 552
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bu gün Kolumbiyada keçirilən futzal üzrə dünya çempionatında debütant Azərbaycan millisi daha bir tarixi uğura imza atıb.

Azərbaycan yığması F qrupunda keçirdiyi son görüşündə 11 qat Asiya çempionları İranla qarşılaşıb.

Bu görüşdə yığmamıza qrup 2-cisi kimi 1/8 finala çıxmaq üçün heç-heçə də kifayət edirdi. Elə belə də olub. Dünya çempionatına ilk dəfə qatılan Azərbaycan İranla 3:3 oynayaraq növbəti mərhələyə qrup 2-cisi kimi vəsiqə qazanıb. Yığmamızdan qolları braziliyalı legionerlərimiz – Tiaqo Bolinya (1-ci dəqiqə, 28-ci saniyə), Qallo (21,37; 31,36), İrandan isə Əhməd İsmayılpur (1,00), Fərhad Təvəküli (20,31) və Hüseyn Tayebi (35,35) vurub.

Bununla da qrupda 4 xal toplayan yığmamız 1/8 finalda son Asiya çempionatının bürünc mükafatçısı Tailandla qarşılaşacaq. Bu görüş Bakı vaxtı ilə sentyabrın 22-dən 23-nə keçən gecə saat 02:30-da baş tutacaq. Bu mərhələni keçəcəyi halda yığmamız 1/4 finalda Portuqaliya – Kosta-Rika cütünün qalibi ilə qarşılaşacaq.

Ümumiyyətlə, 1/8 finalda digər cütlüklər bunlardır: Rusiya – Vyetnam, Kolumbiya – Paraqvay, Braziliya – İran, İspaniya – Qazaxıstan, Argentina – Ukrayna, İtaliya – Misir.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə