Yerevanın hava limanında Rusiya vətəndaşı saxlanıldı
Yerevanın hava limanında Rusiya vətəndaşı saxlanıldı
27 Avqust 2016 / 20:44 / Baxış sayı: 602
Font1 Font2 Font3 Font4
Bizimxeber

Ermənistanın hüquq-mühafizə orqanları Yerevanın hava limanında Rusiya vətəndaşını saxlayıblar. İlkin məlumatlara görə, rusiyalı ABŞ-ın sorğusu əsasında tutulub.

“Dünən hava limanında Rusiya vətəndaşı tutulub. Biz bu işi aparan müstəntiqlə əlaqə saxladıq. Hazırda konsul tutulan Rusiya vətəndaşı ilə görüşə nail olmağa çalışır. O, hələlik Yerevandakı müvəqqəti saxlanma təcridxanasındadır”, – virtualaz.org bildirir ki, bunu Rusiyanın RenTV telekanalına Ermənistandakı Rusiya səfirliyindən xəbər veriblər.

Hazırda Rusiya vətəndaşının Ermənistan Milli Təhlükəsizlik Xidmətinin binasında dindirildiyi deyilir. Bəzi məlumatlara görə, rusiyalı silah alverində günahlandırılır.

BİZİMXEBER.AZ



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə