Yerevanda yürüş yağışa görə yarım qaldı -FOTO -YENİLƏNİB
Yerevanda yürüş yağışa görə yarım qaldı -FOTO -YENİLƏNİB
29 İyul 2016 / 0:21 / Baxış sayı: 642
Font1 Font2 Font3 Font4
Bizimxeber

Güclü yağış nümayişçilərə öz planlarını reallaşdırmağa imkan verməyib. Son məlumatlara görə, mitinq komitəsi aksiyanın dayandırılması barədə qərar verib. Amma bu son demək deyil. Aksiya sabah axşam yenidən start götürəcək.

*   *   *22:48

Yerevanda müxalifətin yürüşü başlayıb.

Virtualaz.org sputnik news-a istinadən bildirir ki, yürüş keçirilməsi barədə qərar Azadlıq Meydanındakı mitinq zamanı qəbul edilib.

Bəzi nümayişçilərin əllərində “Mən “Sasna tsrer”də girov olmaq istəyirəm” sözləri yazılmış plakatlar var. Nümayişçilər güclü yağışa baxmayaraq, Prezident iqamətgahının yerləşdiyi Baqramyan prospekti istiqamətində hərəkətə başlayıb.

“Sputnik Ermənistan”ın məlumatına görə, Konstitusiya Məhkəməsinin yanında ikiqat polis səddi qurulub.

** Yerevanda post-patrul alayının binasını ələ keçirən silahlı qrupa dəstək mitinqi keçirən nümayişçilər Ermənistan prezidenti Serj Sarkisyanın iqmətgahının yerləşdiyi Baqramyan prospektində yürüş keçirməyi planlaşdırırlar.

Mitinqə aksiyaların keçirilməsi üzrə tərkibi genişləndirilmiş Koordinasiya Şurası rəhbərlik edir.

Amma Yerevanda güclü yağış başlayıb və belə fikirlər səslənir ki, bu, yürüşün keçirilməsinə mane ola bilər.

Xatırladaq ki, əvvəlki yürüşlər Movses Xorenatsi küçəsındə- qiyamçıların tutduğu post-patrul alayının yerləşdiyi ərazi istiqamətində keçirilmişdi.



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə