Yerevanda yenə müharibədən danışırlar
Yerevanda yenə müharibədən danışırlar
15 Avqust 2016 / 22:33 / Baxış sayı: 904
Font1 Font2 Font3 Font4
Bizimxeber

“Vladimir Putinin Bakıya səfərindən sonra Sarkisyanın Moskvaya çağırılması təsadüfi deyil. Moskva, hər zaman olduğu kimi, növbəti dəfə şərtlərini diktə edir. Ermənistan tərəfindən bir sıra güzəştləri özündə ehtiva edən və “Madrid prinsipləri”nə əsaslanan “Kazan sənədi”nin imzalanmasından sonra da belə olmuşdu”, – virtualaz.org-un xüsusi müxbiri xəbər verir ki, bunu “Ayazn” partiyasının idarə heyətinin üzvü, politoloq, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə təşəbbüs qrupunun iştirakçısı Armen Axayan deyib.

A.Axayan bildirib ki, Moskva Yerevanı Azərbaycanın işğal olunmuş torpaqlarını qaytarmağa məcbur etmək məqsədilə təzyiq göstərir.

“Moskvanın təzyiqi mütəmadi olaraq gah güclənir, gah da zəifləyir, hər hansı hərbi hərəkətlər və cəbhə xəttində gərginliklə müşayiət olunur. Çox güman ki, son hadisələr fonunda bu təzyiq yeni hərbi qarşıdurmaya gətirib çıxaracaq və bu, həmin “dörd günlük müharibə”, yaxud da daha iri miqyaslı şəkildə təzahür edəcək”, – erməni politoloq deyir.

“Bu məsələdə biz Ermənistanın mövqeyini anlamaləıyıq, bir tərəfdən – hakimiyyəti qəsb etmiş Serj Sarkisyanın mövqeyi, digər tərəfdən isə xalqın mövqeyi. Xalqın mövqeyi birmənalıdır: “Heç bir torpaq qaytarılmayacaq, heç bir birtərəfli güzəştə gedilməyəcək”. Serj Saarkisyan üçünsə əsas olan hakimiyyətinin bərpasıdır və yaın aylarda o, məsələni uzadacaq, ləngidəcək, torpaqların qaytarılması üçün hər şey edəcək, nəhayətdə isə elə onun ssenarisi üzrə hakimiyyət dəyişikliyi baş verəcək. Əgər həmin vaxta qədər hər hansı bir yolla, ya hərbi, yaxud da hansısa sənədin imzalanması yolu ilə rayonlar qaytarılarsa, bu Sarkisyanın bütünplanlarını alt-üst edəcək və elə onun özünün də sonu olacaq”, – Axayan bildirib.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə