Yerevanda tutulmuş rusiyalı ABŞ-a təhvil verilə bilər-YENİLƏNİB
Yerevanda tutulmuş rusiyalı ABŞ-a təhvil verilə bilər-YENİLƏNİB
27 Avqust 2016 / 23:35 / Baxış sayı: 950
Font1 Font2 Font3 Font4
Bizimxeber

Saxlanılan Sergey Mironovun informasiya texnologiyaları sahəsinin mütəxəssisi olduğu bildirilir. Məlumata görə, ABŞ Sergey Mironovu silah alverində şübhəli bilərək beynəlxalq axtarışa verib. Mironovun həyat yoldaşı saxlanılma barədə Rusiya səfirliyini məlumatlandırıb.

Mironovun vəkili Karen Nersesyan bildirib ki, müdafiə etdiyi şəxsə saxlanılarkən bildirilib ki, o, 50 min dollar məbləğində “çirkli pulların yuyulmasında” və texnologiyaların ötürülməsində şübhəli bilinərək beynəlxalq axtarışa verilib. Vəkilin sözlərinə görə, Mironov Rusiya-Belarus şirkətində video texnologiyalar şöbəsinin rəhbəri vəzifəsində çalışıb və onun hərbi texnologiyalarla əlaqəsi olmayıb.

Onun Ermənistanda istirahətdə olduğu, ABŞ-da isə cəmi bir dəfə – 2013-cü ildə bir həftəlik ezamiyyətdə olduğu bildirilir.

Hazırda Mironov təcridxanada saxlanılır. Məhkəmədə onun ABŞ-a ekstradisiya olunması məsələsinə bazar ertəsi baxılacağı bildirilir.

Mənbə Mironovun adının İnterpolun beynəlxalq axtarışa elan olunan şəxslərin siyahısında olmadığını iddia edir.

*   *   *19:15

Ermənistanın hüquq-mühafizə orqanları Yerevanın hava limanında Rusiya vətəndaşını saxlayıblar. İlkin məlumatlara görə, rusiyalı ABŞ-ın sorğusu əsasında tutulub.

“Dünən hava limanında Rusiya vətəndaşı tutulub. Biz bu işi aparan müstəntiqlə əlaqə saxladıq. Hazırda konsul tutulan Rusiya vətəndaşı ilə görüşə nail olmağa çalışır. O, hələlik Yerevandakı müvəqqəti saxlanma təcridxanasındadır”, – virtualaz.org bildirir ki, bunu Rusiyanın RenTV telekanalına Ermənistandakı Rusiya səfirliyindən xəbər veriblər.

Hazırda Rusiya vətəndaşının Ermənistan Milli Təhlükəsizlik Xidmətinin binasında dindirildiyi deyilir. Bəzi məlumatlara görə, rusiyalı silah alverində günahlandırılır.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə