Yerevanda qiyamçılara məxsus silah-sursat anbarı aşkarlandı
Yerevanda qiyamçılara məxsus silah-sursat anbarı aşkarlandı
05 Avqust 2016 / 15:39 / Baxış sayı: 534
Font1 Font2 Font3 Font4
Bizimxeber

Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) Yerevanda mənzillərin birində bir neçə gün əvvəl hakimiyyət orqanlarına təslim olmuş qiyamçılara məxsus olduğu ehtimal edilən böyük həcmdə silah-sursat aşkar edib.

Virtualaz.org-un İTAR-TASS-a istinadən məlumatına görə, təxminən 6 min güllə, 15 qumbara, qumbara fitilləri, trotil partlayıcı maddəsi, kapsul-detonatorlar, siqnal raketləri, avtomat dataqları, tank əleyhinə qumbaraatan, radio-əlaqə avadanlıqları, mina detektorları aşkar edilərək müsadirə edilib.

İki nəfər saxlanılıb.

İlkin əməliyyat məlumatlarına görə, bu silah-sursat iyulun 17-də Yerevanda post-patrul alayı binasını ələ keçirən və ötən ayın 31-dək onu nəzarətdə saxlayan silahlı qruplaşma ilə əlaqəli ola bilər.

MTX-dan bildirilib ki, ilkin istintaqın gedişində həm bu, həm də digər versiya yoxlanılır.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə