Yerevanda həkimləri girov götürənlər şərtlərini irəli sürüb
Yerevanda həkimləri girov götürənlər şərtlərini irəli sürüb
27 İyul 2016 / 15:01 / Baxış sayı: 836
Font1 Font2 Font3 Font4
Bizimxeber

Yerevanda post-patrul xidməti alayının binasında təcili-tibbi yardım həkimlərini girov götürən silahlı qruplaşma girovların azad edilməsi qarşılığında öz şərtlərini irəli sürüb.

“Report” “NewsArmenia” portalına istinadən xəbər verir ki, silahlı qruplaşma ələ keçirdikləri binaya səhiyyə naziri Armen Muradyan və həkimlərin gətirilməsini tələb edir.

“Silahlı qruplaşmanın üzvləri ələ keçirdikləri alayın ərazisində yaralanmış üzvlərinin əməliyyat olunmasını tələb edir”, – deyə Ermənistan Səhiyyə Nazirliyinin mətbuat katibi Anait Aytayan bildirib.

Qeyd edək ki, daha əvvəl Ermənistanın polisinin İnformasiya və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Aşot Aqaronyan polislə silahlı atışmada yaralanmış qruplaşma üzvlərinə tibbi yardım göstərmək üçün hadisə yerinə getmiş həkimlərin girov götürüldüyünü bəyan etmişdi.

Xatırladaq ki, iyulun 27-nə keçən gecə silahlı qruplaşmanın üzvləri ilə polis arasında atışma baş verib. Atışma nəticəsində 3 nəfər – qruplaşmanın lideri Pavel Manukyan, onun oğlu Aram, eləcə də hüquq-mühafizə orqanlarının bir əməkdaşı yaralanıb. Polisin məlumatına görə, daha iki yaralı qruplaşma üzvü alayın ərazisindədir.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə